Dövlət büdcəsinin xərcləri 2% azaldılır — Maliyyə Nazirliyindən yeni proqnoz

15:07 - 18.08.2026


18 avqust, Fineko/abc.az. 2026-cı ilin sonuna Azərbaycanın dövlət büdcəsi xərclərinin 40 milyard 862,6 milyon manat olacağı gözlənilir. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2% azdır.

Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədinə əsasən, xərclərin iqtisadi təsnifat üzrə bölgüsü aşağıdakı kimi müəyyən edilib:

  • Cari xərclər: 24 mlrd 713,1 mln. manat (ümumi xərclərin 60,5%-i, 1,9% az)

  • Əsaslı xərclər: 13 mlrd 691,8 mln. manat (ümumi xərclərin 33,5%-i, 2,5% az)

  • Dövlət borcuna xidmət xərcləri: 2 mlrd 457,6 mln. manat (ümumi xərclərin 6%-i, dəyişməyib)

Dövlət borcuna xidmət xərclərinin 1 milyard 400 milyon manatı xarici, 1 milyard 57,6 milyon manatı isə daxili borcun payına düşür.