Azərbaycanın qeyri-neft ÜDM artımı proqnozu endirildi – Maliyyə Nazirliyi gözləntilərini açıqladı

12:29 - 18.08.2026


18 avqust, Fineko/abc.az. Bu il Azərbaycanda qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən proqnozlaşdırılan 3,7% yox, 3,1% olacağı gözlənilir.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.

Sənədə əsasən, ölkə üzrə ümumi iqtisadi artım (ÜDM) üzrə proqnoz isə dəyişdirilməyərək 1,7% səviyyəsində saxlanılıb.