14:27 - 18.08.2026
18 avqust, Fineko/abc.az. 2026-cı ilin sonuna Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, təsdiq olunmuş proqnozla müqayisədə 756 milyon manat və yaxud 2% çoxdur.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.
Gəlirlərin strukturunda neft-qaz sektorunun payı 43,4% (17 milyard 85 milyon manat), qeyri-neft-qaz sektorunun payı isə 56,6% (22 milyard 280 milyon manat) təşkil edəcək. Neft-qaz sektoru üzrə gəlirlərin proqnozdan 4% (650 mln. manat), qeyri-neft-qaz sektoru üzrə isə 0,5% (106 mln. manat) artıq icrası gözlənilir.
Daxilolmaların 45,1%-i (17 mlrd. 760 mln. manat) vergi və rüsumların, 32,6%-i (12 mlrd. 835 mln. manat) ARDNF-dən transfertlərin, 17,2%-i (6 mlrd. 762 mln. manat) isə gömrük ödənişlərinin payına düşür.
18 Avqust 2026
17 Avqust 2026