16:57 - 19.08.2026
19 avqust, Fineko/abc.az. Tacikistan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, ölkə İrandan 2,55 milyon ton yanacaq almağı planlaşdırır. Saziş 2 milyon ton xam neft, 150 min ton benzin, 300 min ton dizel və 100 min ton aviasiya kerosininin tədarükünü nəzərdə tutur.
Bu həcmdə yanacağın daşınması üçün 51 min vaqon tələb olunacaq. Tacikistan tərəfi həmçinin İrandan logistika məsələlərində köməklik göstərilməsini və yanacağın çatdırılma prosesinin sadələşdirilməsini xahiş edib.
Ölkə yanacaq alışını diversifikasiya etmək və enerji təhlükəsizliyini möhkəmləndirmək məqsədilə bu sahədə əməkdaşlığı genişləndirməyə davam edir.
18 Avqust 2026