09:41 - 20.08.2026
20 avqust, Fineko/abc.az. İran Neft Nazirliyinin məlumatlarına əsasən Middle East Eye, ölkə 2026-cı ilin ilk dörd ayında neft satışından 7,5 milyard dollar xarici valyuta gəliri əldə edərək Mərkəzi Bankın hesablarına yönəldib.
Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 150% (1,5 dəfə) çoxdur.
Qeyd edək ki, neft gəlirlərindəki kəskin artım ABŞ-ın dəniz blokadası və tətbiq edilən ciddi sanksiyalar fonunda baş verib. İran rəsmiləri əldə olunan bu gəlirlərin ilin sonuna qədər hökumətin xarici valyuta ehtiyaclarını qarşılamaq üçün kifayət edəcəyini proqnozlaşdırırlar.