17:53 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində turistlər üçün nəqliyyat imkanları və bilet satışı sistemləri yenilənir.
Proqram daxili turizmi canlandırmaq üçün həm dəmir yolu, həm də aviasiya sahəsində xüsusi güzəştli modellərin tətbiqini nəzərdə tutur.
Sənədə əsasən, turistlər üçün gündəlik, həftəlik və aylıq dəmir yolu bilet paketləri, habelə müxtəlif destinasiyalar üzrə güzəştli bilet satışı təklifləri yaradılacaq.
Eyni zamanda dəmir yolu bilet sisteminin beynəlxalq Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası həyata keçiriləcək. Naxçıvana turist axınını artırmaq məqsədilə Bakı–Naxçıvan–Bakı marşrutu üzrə çarter reyslərin təşkili şərtləri müəyyənləşdiriləcək və turoperatorlar üçün turizm zərfi daxilində bilet sifarişini nəzərdə tutan yeni satış modeli hazırlanacaq.
18 Avqust 2026