17:27 - 20.08.2026
20 avqust, Fineko/abc.az. ABŞ Xəzinədarlıq Naziri Skott Bessentin uzunmüddətli dövlət istiqrazlarının geri alınması həcmini azı iki dəfə artırmaq qərarı ABŞ valyutasına mənfi təsir göstərir.
Analitiklər borclanma xərclərini aşağı saxlamağa yönəlmiş bu müdaxiləçi addımın investorların dollara olan inamını zəiflətdiyini və onları alternative aktivlər axtarmağa sövq etdiyini bildirirlər.
Qərardan sonra "Bloomberg" dollar indeksi son üç ayın ən aşağı səviyyəsinə düşüb. İnvestorlar valyuta bazarında daha çox avro, funt-sterlinq, İsveçrə frankı və Yeni Zelandiya dollarına üstünlük verməyə başlayıblar. Ekspertlərin fikrincə, Vaşinqton faiz dərəcələrini nəzarətdə saxlamaq üçün zəif dollara göz yumur ki, bu da milli valyutanın mövqeyini daha da sarsıdır.
18 Avqust 2026