Müdafiə Nazirliyində çalışan mülki işçilərin maaşları ilə bağlı YENİ QƏRAR

12:26 - 18.08.2026


18 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Nazirlər Kabineti Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməkhaqqı sisteminə dair yeni qərar qəbul edib.

Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları” təsdiq edilib.

Qərardan irəli gələn məsələlərin həlli Müdafiə Nazirliyinə tapşırılıb.

Qeyd edək ki, sözügedən sənəd 2026-cı il yanvarın 1-dən tətbiq edilir.