14:36 - 18.08.2026
18 avqust, Fineko/abc.az. 2026-cı ilin sonuna Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 milyard 497,6 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Maliyyə Nazirliyindən verilən məlumata görə, kəsirin ilin sonuna gözlənilən ümumi daxili məhsula (ÜDM) nisbəti 1,1% təşkil edəcək.
Kəsirin maliyyələşdirilməsi daxili borclanma hesabına cəlb olunan vəsaitlər, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsait qalığı hesabına təmin olunacaq. Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ilin sonuna 17,5%-ə düşəcəyi gözlənilir.