"Meta" rəqiblərinin süni intellektinə milyonlar xərcləyir — Tərtibatçılar "OpenAI" texnologiyasından istifadə edir

17:23 - 20.08.2026


20 avqust, Fineko/abc.az. Mənbələrin verdiyi məlumata görə, "Meta" şirkəti "Microsoft"un "Azure" bulud xidməti vasitəsilə süni intellekt modellərindən yararlanmaq üçün hər il yüz milyonlarla dollar vəsait ayırır.

Bildirilir ki, sosial şəbəkə nəhəngi platformada hər həftə trilyonlarla token həcmində süni intellekt hesablama resursu sərf edir.

"Microsoft"un "Foundry" platformasında ən çox xərc çəkən şirkətlər sırasına "ByteDance" (TikTok), "Adobe", "Perplexity" və "Sierra" kimi texnologiya nəhəngləri daxildir. Mənbələrdən biri qeyd edib ki, "Meta" tərtibatçıları öz modellərinin nəticələrini qiymətləndirmək üçün "Foundry" vasitəsilə "OpenAI" texnologiyasından fəal istifadə edirlər. "Meta"nın Texnologiya direktoru Endryu Bosvort da şirkətin öz modellərini yaratmaqla yanaşı, digər aparıcı modelləri də icarəyə götürdüyünü təsdiqləyib.