15:29 - 18.08.2026
18 avqust, Fineko/abc.az. 2026-cı ildə Azərbaycanın dövlət büdcəsi xərclərinin 40 milyard 862,6 milyon manat səviyyəsində icra olunacağı gözlənilir. Bu, ilkin təsdiqlənmiş proqnozla müqayisədə 2% azdır.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı hesabatda bildirilir.
Sahələr üzrə xərclər və dəyişikliklər (Funksional təsnifat):
Müdafiə və milli təhlükəsizlik: 8 mlrd 562,8 mln. manat (1,8% və ya 154,7 mln. manat az)
İqtisadi fəaliyyət (İşğaldan azad edilmiş ərazilərin bərpası, əsaslı vəsait qoyuluşu): 7 mlrd 699,5 mln. manat (2% və ya 157,1 mln. manat az)
Ümumi dövlət xidmətləri: 5 mlrd 462,8 mln. manat (1% və ya 55,2 mln. manat az)
Təhsil xərcləri: 4 mlrd 880,1 mln. manat (2,7% və ya 136,3 mln. manat az)
Sosial müdafiə və sosial təminat: 4 mlrd 824,2 mln. manat (1% və ya 48,7 mln. manat az)
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq: 3 mlrd 286,2 mln. manat (1,5% və ya 50 mln. manat az)
Səhiyyə xərcləri: 1 mlrd 987,3 mln. manat (1,8% və ya 37,1 mln. manat az)
Kənd təsərrüfatı: 1 mlrd 202 mln. manat (2% və ya 24,5 mln. manat az)
Mədəniyyət, incəsənət, informasiya və gənclər siyasəti: 625,8 mln. manat (1% və ya 6,3 mln. manat az)
Ətraf mühitin mühafizəsi: 411,6 mln. manat (1% və ya 4,2 mln. manat az)
Mənzil və kommunal təsərrüfatı: 321,3 mln. manat (3,9% və ya 13,2 mln. manat az)
Digər (Əsas bölmələrə aid edilməyən) xidmətlər: 1 mlrd 598,9 mln. manat (8,8% və ya 153,7 mln. manat az)