16:59 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Tunisə 368,9 min ton xam neft ixrac edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Afrika ölkəsinə göndərilən neftin həcmi 2,9 dəfə (243,2 min ton) artıb.
Hesabat dövründə Tunisə satılan xam neftdən əldə olunan gəlir 3,3 dəfə (157,5 milyon dollar) artaraq 225,5 milyon dollara çatıb. Tunisə edilən göndərişlər Azərbaycanın ümumi xam neft ixracının 2,9%-ni təşkil edib. Ümumilikdə isə 7 ay ərzində ölkəmizdən 11 xarici dövlətə 8 milyard 32,9 milyon dollar dəyərində 12,7 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
18 Avqust 2026