Azərbaycanın borc yükü bəlli oldu: İlin sonuna dövlət borcu 27,6 milyard manata çatacaq

14:56 - 18.08.2026


18 avqust, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyada nəzərdə tutulan xidmət xərcləri üzrə yuxarı hədd (dövlət büdcəsi xərclərinin 10%-dən artıq olmaması) gözlənilib.

Bu barədə Maliyyə Nazirliyining açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.

Sənədə əsasən, hesabat dövründə dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6% təşkil edib.

Dövlət borcunun strukturu və proqnozlar Gələn il yanvarın 1-nə Azərbaycanın ümumi dövlət borcunun 27 milyard 604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bunun:

  • Xarici dövlət borcu: 4 milyard 833 milyon ABŞ dolları

  • Daxili dövlət borcu: 19 milyard 387,1 milyon manat təşkil edəcək.

Xarici borcun ödənmə müddəti və faiz şərtləri Xarici dövlət borcunun kreditorlara ödənilmə müddəti üzrə bölgüsü aşağıdakı kimi gözlənilir:

  • 5 ilə qədər: 59,5%

  • 5-10 il ərzində: 34,9%

  • 10 ildən artıq: 5,6%

Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5–1,5% dərəcəsi (marja) ilə cəlb edilməsi nəzərdə tutulur.

Daxili borclanma və dövlət istiqrazları Daxili dövlət borcunun 55,3%-ni daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcək. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının bölgüsü üzrə gözləntilər:

  • 5 ilə qədər olan istiqrazlar: 51%

  • 5 il və daha artıq müddətli istiqrazlar: 49%