Neft bahalaşır, Brent bir barel üçün $85,66 təşkil edir

09:02 - 18.03.2024


18 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda qalxdıqdan sonra bazar ertəsi keçirilən hərracda yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftom may fyuçerslərinin qiyməti 08:52 – ə qədər $0,32 (0,37%) artaraq bir barel üçün $85,66-a çatıb. Martın 15-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may fyuçersləri $0,08 (0,09%) ucuzlaşaraq bir barel üçün $85,34-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti 08:52 – ə $0,40 (0,49%) artaraq bir barel üçün $81,44-a yüksəldi. Martın 15-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,22 (0,27%) azalaraq bir barel üçün $81,04-a düşüb.

Ötən həftə Brent markalı neft 3,97%, WTI isə 3,88% bahalaşıb.