Bazardakı neft riski və qalib gələcək səhmlər – "Morgan Stanley"dən icmal

11:51 - 24.08.2026


24 avqust, Fineko/abc.az. “Morgan Stanley” investisiya bankının baş strateqi Maykl Vilson və onun komandası dərc etdikləri analitik icmalda iri həcmli və sağlam balansa malik "yüksək keyfiyyətli" səhmlərə üstünlük verilməsini tövsiyə ediblər.

Ekspertlər bildirirlər ki, investorlar süni intellekt texnologiyasını yaradanlardan daha çox, bu texnologiyanı öz biznes proseslərinə inteqrasiya edən və praktiki tətbiq edən şirkətlərə diqqət yetirməlidirlər.

Strateqlər yarımkeçiricilər sektorunun səhmlərinin yaxın gələcəkdə qiymət artımında liderliyi yenidən ələ keçirməsinin azehtimal olunduğunu qeyd ediblər. Onların sözlərinə görə, bazardakı kapital axını daha nizam-intizamlı idarə olunan şirkətlərə yönəlir.

Qlobal bazarlardakı risk amillərinə də toxunan “Morgan Stanley” komandası neft qiymətlərindəki olasa dalğalanmaları və artımı fond bazarı üçün yaxın dövrün əsas riski kimi qiymətləndirib.

Analitiklər vurğulayıblar ki, bu cür dalğalanmalara və inflyasiya təzyiqlərinə qarşı enerjisektorunun səhmləri investorlar üçün ən yaxşı sığortalama (hecinq) imkanı yaradır.