"Apple” şirkəti yeni nəsil "MacBook Air" noutbuklarını təqdim edib

10:15 - 5.03.2024


5 mart, Fineko/abc.az. "Apple” şirkəti yeni nəsil MacBook Air noutbuklarını təqdim edib.

ABC.AZ Kommersant.ru-ya istinadən xəbər verir ki, 13.6 və 15.3 düymlük Liquid Retina MacBook Air modelləri M3 çipi ilə təchiz edilib.

Bu da M1 əsaslı modellə müqayisədə noutbukun məhsuldarlığının 60% artması deməkdir. Yeni cihazların akkumulyatorunun işləmə müddəti 18 saata qədər artıb ki, bu da əvvəlki nəsil kompüterlərdən üçdə bir qədər çoxdur.

Daha sürətli, daha səmərəli 16 nüvəli Neural Engine prosessoru süni intellektli texnologiyalarla işləyir.

Həmçinin noutbuklar yükləmə üçün MagSafe, aksesuarlar üçün Thunderbolt, o cümlədən qulaqlıqlar üçün 3.5 mm-lik port alıb. Noutbuklarda 1080p FaceTime kamerası, Spatial Audio və Dolby Atmos dəstəkli dinamiklər də var.