“Google” şirkəti video generasiyası üçün “Lumiere” neyron şəbəkəsini təqdim edib

15:35 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. Google tərtibatçıları realistik videolar generasiya etmək üçün süni intellekt təqdim ediblər. Layihə veb saytında bildirildiyi kimi, Lumiere neyroşəbəkəsi mətn əsasında beş saniyə uzunluğunda videolar yarada bilər.

ABC.AZ xəbər verir ki, yenilik fərdi şəkilləri deyil, bütövlükdə  roliki hesablamağa imkan verən arxitektura sayəsində mümkün olub. Bu, video yaratmaq üçün mövcud generativ modellərin əksəriyyətindən fərqlidir: əvvəlcə əsas kadrlar yaradırlar, sonra aralarındakı boşluqları doldururlar.

Lumiere mətn sorğularını emal etməklə yanaşı, statik şəkilləri dinamik şəkillərə çevirə bilir. Həmçinin, neyroşəbəkə digər videoların üslubunu kopyalaya və mövcud videoları korrektə edə bilər. Bəzi müəyyən detalları dəyişə bilərsiniz, məsələn, personajların geyimləri və ya fon rəngi.