08:55 - 30.01.2024
30 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti, ötən gün düşdükdən sonra çərşənbə axşamı keçirilən hərracda yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı aprel neft fyuçerslərinin qiyməti 08:52 – ə qədər $0,26 (0,32%) artaraq bir barel üçün $82,09-a çatıb. 29 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $1,12 (1,35%) - bir barel üçün $81,83-a qədər ucuzlaşıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 08:52 – ə qədər $0,28 (0,36%) artaraq bir barel üçün $77,06-a çatdı. 29 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $1,23 (1,58%) artaraq bir barel üçün $76,78-a çatdı.
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026