17:11 - 26.01.2024
26 yanvar, Fineko/abc.az. “ASG Holding” şirkətlər qrupunun prezidenti sərnişinləri helikopter vasitəsilə daşıyan “ASG Helicopter Services” MMC-dən 2023-cü ildə 1 milyon manat dividend əldə edib.
ABC.AZ xəbər verir ki, səhmlər fiziki şəxs Teymur Məmmədov tərəfindən 24 dekabr 2019-cu il tarixində satın alınana qədər 100 faiz "Silk Way Development" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus idi. Teymur Məmmədov 31 dekabr 2022-ci il tarixlərinə Şirkətin yeganə mülkiyyətçisi və son nəzarətçi tərəfidir. Şirkətin adı 11 iyun 2020-ci ildə rəsmi olaraq Silk Way Helicopter Services MMC-dən ASG Helicopter Services MMC-yə dəyişdirilib. 31 dekabr 2022 -ci il tarixlərində Şirkət texniki xidmət və təmir işləri ilə məşğul olan Helicopter Services Center MMC adlı birgə müəssisədə 50% paya sahibdir. 20 aprel 2023-cü ildə Şirkət bu birgə müəssisədə olan səhmlərini satıb. “ASG Helicopter Services” 2022-ci ili ümumilikdə 9 milyon 883 min manat xalis mənfəət əldə edərək başa vurub. 2021-ci il üzrə isə xalis mənfəət 20 milyon 43 min manat idi. Xalis mənfəət son bir ildə 2 dəfədən çox aşağı düşüb.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 9 milyon 883 min manat və ya 10,8% artaraq 101 milyon 250 min manata yüksəlib.
15 fevral 2023-cü il tarixində Şirkət 1,400 min AZN dividend ödənişi elan edib. 02 noyabr 2023- cü ilə qədər elan edilmiş dividendlərin 1,050 min AZN-i səhmdara ödənilib.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026