09:21 - 18.08.2026
18 avqust, Fineko/abc.az. Böyük Britaniyanın "The Telegraph" nəşri xəbər verir ki, Rusiya və İran Xəzər dənizi vasitəsilə strateji nəqliyyat marşrutunu inkişaf etdirərək Qərbin sanksiyalarından və dəniz blokadalarından yan keçmək üçün alternativ loqistika sistemi qururlar.
Fars körfəzindəki ABŞ məhdudiyyətləri fonunda İranın Xəzərdəki 4 limanı buğda, yem və digər vacib malların daşınması üçün 24/7 rejimində çalışır. Xəzər dənizinin qapalı su hövzəsi olması ABŞ hərbi gəmilərinin bura daxil olmasına və yük daşımalarına maneçilik törətməsinə imkan vermir.
Nəşr vurğulayır ki, Xəzər dənizi Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirən "Şimal - Cənub" nəqliyyat dəhlizinin mühüm halqasına çevrilir.