17:32 - 17.08.2026
17 avqust, Fineko/abc.az. Avqust ayında gündəlik hərraclarda ticarət gəmiləri üçün Panama kanalından keçidin orta qiyməti rekord həddə — 1,1 milyon dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.
"Financial Times" nəşrinin məlumatına görə, bəzi hərraclarda gəmilərin keçid vaxtı (slotlar) hətta 3,78 milyon dollara satılıb. Eyni zamanda, kanal növbəsində gözləyən gəmilərin sayı ilin əvvəlindəki 40-dan avqustun əvvəlində 113-ə yüksəlib.
Qiymətlərin kəskin artmasına səbəb kimi "El-Nino" təbiət hadisəsinin yaratdığı quraqlıq nəticəsində kanalda suyun səviyyəsinin düşməsi və Hörmüz boğazının bağlanmasından sonra bu marşruta tələbatın kəskin artması göstərilir.
17 Avqust 2026
15 Avqust 2026