07:02 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Böyük Britaniyanın Milli Statistika Ofisinin (ONS) məlumatına əsasən, ölkədə istehlak qiymətləri iyul ayında illik müqayisədə 2,9% artıb.
İyun ayında bu göstərici 2,6% təşkil edərək son 15 ayın minimumuna düşmüşdü. Qeydə alınan artım hanehalkı enerji tariflərindəki 13%-lik yüksəlişlə əlaqələndirilir.
Mərkəzi Bankın (BoE) diqqətlə izlədiyi xidmət sektorunda inflyasiya 3,6%-dən 3,4%-ə geriləyib, baza inflyasiyası isə 2,6% səviyyəsində sabit qalıb. Statistikanın açıqlanmasından sonra funt sterlinq 1,3541 dollara yüksəlib. ABŞ və İran arasında davam edən gərginlik fonunda enerji daşıyıcılarının bahalaşması İngiltərə Mərkəzi Bankının faiz dərəcələrini endirmək imkanlarını məhdudlaşdırır.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026