ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları ötdü

09:47 - 20.08.2026


20 avqust, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyinin açıqladığı son məlumatlara əsasən  Al Jazeera, ölkənin ümumi dövlət borcu avqustun 18-dən etibarən 40 trilyon 47 milyard dollar təşkil edərək tarixi rekord vurub.

Məbləğin 32 trilyon 266 milyard dollardan çoxu ictimaiyyətin, 7 trilyon 782 milyard dolları isə hökumətiçi borcların payına düşür.

Diqqətəlayiq məqam odur ki, ABŞ borcu 2022-ci ilin əvvəlində 30 trilyon dolları keçmişdi. Beləliklə, ölkənin borc öhdəliyi 5 ildən az bir müddətdə 10 trilyon dollar artmışdır. Bu kəskin yüksəlişdə pandemiya dövrünün xərcləri, vergi güzəştləri və artan faiz ödənişləri əsas rol oynayıb. İlin əvvəlində bu göstərici 38,4 trilyon dollar səviyyəsində idi.