22:08 - 17.08.2026
17 avqust, Fineko/abc.az. Reuters agentliyinin yaydığı məlumata görə, dünyanın ən böyük kriptovalyuta birjası "Binance" Ukraynaya yardım kampaniyalarına kriptovalyuta ianəsi edən Rusiya vətəndaşına aid fərdi və əməliyyat məlumatlarını Rusiya hüquq-mühafizə orqanlarına təqdim edib.
İstintaq sənədlərinə əsasən, bu məlumatlar 49 yaşlı İT mütəxəssisi Yuri Belenkiyə (Yuri Belenkiy) qarşı "terrorçuluğun maliyyələşdirilməsi" maddəsi ilə cinayət işinin qaldırılmasında əsas sübut kimi istifadə olunub.
"Binance" 2023-cü ildə Rusiya bazarından tam çıxdığını bəyan etsə də, hüquq-mühafizə orqanlarının qanuni sorğularına beynəlxalq hüquqi və məxfilik tələbləri çərçivəsində cavab verdiyini bildirib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026