Alibaba "Lingxi Games" oyun studiyasını satışa çıxarır

22:05 - 17.08.2026


17 avqust, Fineko/abc.az. Çinin texnologiya giqantı "Alibaba Group" əsas diqqətini süni intellekt və bulud texnologiyalarına yönəltmək strategiyası çərçivəsində "Lingxi Games" oyun studiyasındakı bütün payını "Trustar Capital" özəl investisiya şirkətinə satmaq barədə razılığa gəlib.

Sövdələşmənin dəyərinin 1,5–2 milyard dollar aralığında olduğu qiymətləndirilir. Satış prosesindən sonra "Lingxi Games"in baş icraçı direktoru Çjou Binşu (Zhou Bingshu) və mövcud idarəetmə heyəti öz vəzifələrində qalacaq.

Qeyd edək ki, "Lingxi Games" "Three Kingdoms: Strategy Edition" kimi məşhur oyunun yaradıcısı kimi tanınır.