11:28 - 18.08.2026
18 avqust, Fineko/abc.az. Bakı şəhərinin iki küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyətlər aşağıdakı qaydada tətbiq ediləcək:
Yasamal rayonu: Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsi saat 08:00-dan etibarən;
Nərimanov rayonu: Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan hissəsi saat 20:00-dan etibarən.
Məhdudiyyət təmir işləri tam başa çatanadək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan müddətdə alternativ hərəkət marşrutlarından istifadə etmələri xahiş olunur.