15:15 - 17.08.2026
17 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan 807 milyon 429 min ABŞ dolları dəyərində 41 min 105 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil idxalı dəyər ifadəsində 31,05%, miqdar ifadəsində isə 35,17% azalıb.
Hesabat dövründə avtonəqliyyat vasitələrinin idxal strukturu aşağıdakı kimi olub:
Minik avtomobilləri və digər nəqliyyat vasitələri: 36 169 ədəd (660,018 milyon dollar) — 37,7% azalma.
Hibrid (HEV): 3 837 ədəd (80,899 milyon dollar) — 63,1% azalma.
Ploq-in hibrid (PHEV): 6 684 ədəd (192,789 milyon dollar) — 65,8% azalma.
Elektromobillər (EV): 596 ədəd (15,475 milyon dollar) — 49,5% azalma.
Yükdaşıyan avtomobillər: 4 116 ədəd (36,723 milyon dollar) — 13,5% azalma.
Sərnişin daşıyan nəqliyyat vasitələri (10 nəfərlik və daha çox): 428 ədəd (63,709 milyon dollar) — 40,3% artım.
Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri: 392 ədəd (46,979 milyon dollar) — 33,8% artım.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026