"Stellantis" arxa kameradakı nasazlığa görə dünya üzrə 955 min avtomobili geri çağırır

21:35 - 17.08.2026


17 avqust, Fineko/abc.az. Avtomobil istehsalçısı "Stellantis" radio proqram təminatındakı xəta səbəbindən arxa görüntülü kameraların düzgün işləməməsi riski ilə əlaqədar dünya üzrə 955 min avtomobili geri çağırdığını elan edib.

Geri çağırma proqramı çərçivəsində ABŞ-da 2026 və 2027-ci model ilinə aid "Chrysler Pacifica", "Pacifica Plug-in Hybrid" və "Voyager", "Dodge Charger", "Jeep Cherokee", "Compass", "Gladiator", "Grand Cherokee", "Grand Wagoneer" və "Wrangler", eləcə də "Ram 1500", "2500" və "ProMaster" modifikasiyaları daxil olmaqla təxminən 848 min nəqliyyat vasitəsi yer alır.

Şirkətin məlumatına görə, Kanada, Meksika və digər beynəlxalq bazarlarda da analoji problemə görə təxminən 107 min avtomobil servisə cəlb ediləcək. Qeyd olunur ki, sözügedən nasazlıq avtomobillərin media ekranı vasitəsilə mərkəzləşdirilmiş proqram güncəllənməsi (OTA) ilə pulsuz aradan qaldırılacaq.