Çinin 100 milyardlıq giqantı ABŞ sanksiyalarına məhəl qoymadı – İrandan milyonlarla barel neft alıb

08:00 - 20.08.2026


20 avqust, Fineko/abc.az. İllik gəliri 100 milyard dolları, işçi sayı isə 300 min nəfəri keçən Çinin "Hengli Group" konqlomeratı İran neftinin əsas alıcılarından birinə çevrilib.

"The Wall Street Journal" nəşrinin məlumatına görə, şirkət ABŞ-ın sanksiya siyahısında olan gəmilərdən istifadə etməklə böyük həcmdə xam neft idxal edib.

ABŞ Maliyyə Nazirliyi bu ilin əvvəlində "Hengli"nin neft emalı zavoduna məhdudiyyətlər tətbiq etsə də, Pekin hökuməti sanksiyaları "qanunsuz" adlandıraraq yerli şirkətlərə bu tələblərə əməl etməməyi tapşırıb.

Məlumata görə, 2023-cü ildən bəri çinli giqant qara siyahıya düşmüş tankerlər vasitəsilə İrandan azı 5 milyon barel neft qəbul edib.