11:34 - 18.08.2026
18 avqust, Fineko/abc.az. İtaliyanın lüks idman avtomobilləri istehsalçısı "Ferrari" (RACE.MI) özünün ilk tam elektrikli modeli olan "Luce"nin tək nüsxədə hazırlanmış xüsusi ("bespoke") versiyasını hərracda 40 milyon dollara satıldığını açıqlayıb. İstehsalçı şirkət əldə olunan vəsaitin gənclərə dəstək məqsədilə təhsil layihələrinə yönəldiləcəyini bildirib.
Sözügedən avtomobil "Monterey Car Week" tədbiri çərçivəsində keçirilən hərracda amerikalı milyarder investor, "Ferrari" kolleksiyaçısı, optometrist və optik linza texnologiyaları istehsalçısı "Brain Power Inc." şirkətinin təsisçisi Herbert A. Verthaym tərəfindən satın alınıb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026