"SK Hynix" 26,5 milyard dollarlıq IPO-dan sonra səhmlərini geri alacağını bəyan etdi

06:00 - 20.08.2026


20 avqust, Fineko/abc.az. Cənubi Koreyanın yaddaş çipləri istehsalçısı "SK Hynix" tənzimləyici orqana göndərdiyi bildirişdə 20 avqust – 19 noyabr tarixləri arasında 24 milyon ədədədək öz səhmini geri alaraq ləğv edəcəyini açıqlayıb.

Şirkətin səhmləri əsas hərrac saatlarında 9,8% dəyər itirsə də, birja bağlandıqdan sonrakı əməliyyatlarda itkilərinin bir hissəsini kompensasiya edib.

Bu addım "SK Hynix"in cəmi bir ay əvvəl ABŞ-da keçirilən IPO çərçivəsində 26,5 milyard dollar cəlb etməsindən sonraya təsadüf edir. "Nvidia"ya yüksək ötürücülük qabiliyyətinə malik yaddaş çipləri (HBM) tədarük edən şirkət son dövrlərdə süni intellekt avadanlıqlarına olan xərclərin müvəqqəti ola biləcəyi narahatlığı fonunda ümumi satış dalğasına məruz qalıb.

Analitiklər səhmlərin geri alınmasını şirkətin toplanmış nağd vəsaiti səmərəli idarə etmək və səhmdarların gəlirliliyini artırmaq addımı kimi qiymətləndirirlər.