Taksi sifarişi operatorları barədə QƏRAR

14:05 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. Taksi sifarişi operatorlarının Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatlarının siyahısı hazırlanacaq.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısını iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.