Neft ötən gün düşdükdən sonra sabitdir, Brent bir barelə $76,15 təşkil edir

09:35 - 9.01.2024


9 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki sessiyanın nəticələrinə görə düşdükdən sonra çərşənbə axşamı hərracda zəif dəyişir.

London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti saat 09:32 – dək $0,03 (0,04%) artaraq bir barel üçün $76,15-a çatıb. 8 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin mart fyuçersləri $2,64 (3,35%) - bir barel üçün $76,12-a düşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti saat  09:32 – dək $0,05 (0,07%) azalaraq bir barel üçün $70,72-a düşüb. Yanvarın 8 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin qiyməti $3,04 (4,12%) - bir barel üçün $70,77-a düşdü.

Analitiklər bazar ertəsi neft qiymətlərinin düşməsini Səudiyyə Ərəbistanının fevral ayında bütün bölgələr üçün bütün neft növlərinin qiymətlərini endirəcəyi ilə izah edirlər. Xüsusilə Asiya alıcıları üçün qiymətlər bir barel üçün 2 dollar azalacaq.