09:55 - 10.10.2023
10 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünənki artımdan sonra çərşənbə axşamı keçirilən hərracda azalır.
Brent markalı neftin dekabr fyuçersləri London ICE Futures birjasında saat 09: 52 – dək $0,46 (0,52%) azalaraq bir barelə $87,69-a düşüb. 9 oktyabr ticarətinin nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersləri $3,57 (4,22%) artaraq bir barelə $88,15-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçersləri saat 09:52 – ə $0,46 (0,53%) - bir barelə $85,92-a düşdü. 9 oktyabr ticarətinin nəticələrinə görə, WTI neftinin noyabr fyuçerslərinin dəyəri $3,59 (4,34%) artaraq bir barelə $86,38-a yüksəldi.
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026