16:15 - 29.08.2023
29 avqust, Fineko/abc.az. “Renault” beynəlxalq bazarlar üçün yeni krossover təqdim etməyə hazırlaşır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Renault Kardian” adlanacaq model oktyabrın 5-də Rio-de-Janeyroda nümayiş olunacaq. “Renault Kardian”, “Renault Duster”dən kiçik olan B sinifli kompakt yolsuzluq avtomobili olacaq. Avtomobil əvvəlcə Latın Amerikası bazarında, daha sonra isə digər regionlarda satışa çıxarılacaq.
O, “Renault”un yeni model ailəsinin Avropadan kənar bazarlar üçün ilk nümayəndəsi olacaq.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026