12:19 - 21.08.2023
21 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında 318,4 min ton plastmas və ondan hazırlanan məmulatların ixracı həyata keçirilib.
Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.
Qeyd olunur ki, İxrac edilən plastmas və ondan hazırlanan məmulatların dəyəri 289,5 milyon dollar olub.
Ötən ilin eyni dövründə dəyəri 209,5 milyon dollar olmaqla 186,8 min ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edilib.
18 Avqust 2026