17:05 - 18.08.2026
18 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 100,2 milyon ABŞ dolları dəyərində 8,9 min ton meşə fındığı ixrac edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2,55 min ton (22,5%) az olsa da, dəyər baxımından 17,75 milyon ABŞ dolları (21,5%) çoxdur.
Hesabat dövründə fındıq ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac daxilolmalarının 0,5%-ni təşkil edib.
Xarici ticarət dövriyyəsi və müsbət saldo kəskin artıb
Yeddi ay ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi illik müqayisədə 1,3% artaraq 29 milyard 216 milyon ABŞ dollarına çatıb.
İxrac: 19 milyard 336 milyon dollar (ötən ilin eyni dövrünə nisbətən 27% çox)
İdxal: 9 milyard 881 milyon dollar (ötən ilin eyni dövrünə nisbətən 27,4% az)
Nəticədə xarici ticarət balansında 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026