Məhsul azaldı, gəlir artdı: Azərbaycan albalı satışından 22 milyon dollardan çox qazandı

11:31 - 19.08.2026


19 avqust, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycan xaricə 22,2 milyon ABŞ dolları dəyərində 13 min 962 ton albalı və gilas ixrac edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 14% azalsa da, əldə olunan gəlir 10% artıb.

Əsas ixrac bazarları:

  • Rusiya: 22,1 milyon dollar (+10%) | 13 min 835 ton (-14%)

  • Qazaxıstan: 111,5 min dollar (+88%) | 107,6 ton (+46%)

  • Belarus: 15,4 min dollar (-49%) | 19,2 ton (+4 dəfə)

Xatırladaq ki, 2025-ci ildə Azərbaycandan ixrac olunmuş 16 min 758 ton albalı və gilasın 99,3%-i Rusiyanın payına düşüb.