10:32 - 18.08.2026
18 avqust, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycan 4,75 milyon ABŞ dolları dəyərində 8 090 ton qarpız ixrac edib. Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında aparılan hesablamalara görə, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq isə 59% çoxdur.
Hesabat dövründə xaricə satılan qarpızın əsas hissəsi Rusiyanın payına düşüb:
Rusiya: 4,4 milyon dollar (+2,6 dəfə) dəyərində 7 404 ton (+2 dəfə);
Ukrayna: 193 min dollar (-65%) dəyərində 336 ton (-69%);
Belarus: 87 min dollar (+2%) dəyərində 183 ton (-12%);
Gürcüstan: 53 min dollar (+71%) dəyərində 166 ton (+73%).
Məlumat üçün bildirək ki, 2025-ci ildə Azərbaycandan ixrac edilmiş ümumilikdə 16 min 693 ton qarpızın 83%-i məhz Rusiyanın payına düşmüşdü.