11:27 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 77,4 min ton kartof ixrac edib.
Göndərilən məhsuldan əldə etdiyimiz ümumi gəlir 29,7 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 9,2% (6,6 min ton), məbləğ baxımından isə 5,5% (1,6 milyon dollar) çoxdur.
Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 1,3% artaraq 29 milyard 216 milyon dollara çatıb. Ümumi ticarətin 19 milyard 336 milyon dollarını ixrac (27% artım), 9 milyard 881 milyon dollarını isə idxal (27,4% azalma) təşkil edib. Nəticədə xarici ticarət balansımızda 9 milyard 455 milyon dollarlıq müsbət saldo (profisit) yaranıb ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.