14:30 - 19.08.2026
19 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan 531,33 ton çay ixrac olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 23,3% çoxdur. Hesabat dövründə ixrac edilən çaydan əldə olunan gəlir isə 19,5% artaraq 4 milyon 667,47 min dollar təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkədən 3 milyon 905,92 min dollar dəyərində 430,8 ton çay ixrac olunmuşdu.
19 Avqust 2026
18 Avqust 2026