12:23 - 18.08.2026
18 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 142,9 min ton tomat (pomidor) ixrac edib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ixrac olunan məhsulun ümumi dəyəri 172,1 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə tomat ixracının həcmi 669 ton (0,4%) azalsa da, əldə edilən gəlir 15,1 milyon ABŞ dolları (9,6%) artıb. Hesabat dövründə tomat ixracından gələn vəsait Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,9%-ni təşkil edib.
İlin ilk 7 ayında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib ki, bu da illik müqayisədə 1,3% çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27% artıb, idxal isə 27,4% azalıb. Nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da əvvəlki ilin eyni dövründən 5,9 dəfə çoxdur.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026