16:39 - 19.08.2026
19 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 949 milyon 137,65 min dollar dəyərində mal ixrac olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% və ya 59 milyon 884,47 min dollar azdır.
Hesabat dövründə Türkiyədən import edilən məhsulların dəyəri isə illik müqayisədə 3,2% (44 milyon 113,32 min dollar) azalaraq 1 milyard 330 milyon 880,22 min dollar təşkil edib.
İlin ilk 7 ayında Türkiyənin payı Azərbaycanın ümumi ixracında 10,08%, ümumi idxalında isə 13,47% olub.
18 Avqust 2026
17 Avqust 2026