Alibaba birinci rübdə 33,37 mlrd. dollar gəlir qazandı

16:58 - 10.08.2023


10 avqust, Fineko/abc.az. Çinin e-ticarət şirkəti Alibaba Group Holding birinci rübdə gəlirinin təxminləri aşaraq 234,16 milyard yuana (33,37 milyard dollar) çatdığını açıqlayıb. 

ABC.AZ xəbər verir ki, Alibaba Group Holding Ltd.-nin gəliri şirkətin elektron ticarət qolunun böyüməsindən sonra gözləntiləri üstələyib.

Alibaba-nın xalis gəliri təxminən 50% artaraq 34,3 milyard yuana çatıb.

İlk rübdə şirkətin Çindəki pərakəndə elektron ticarət gəliri 13% artıb.

Martın sonunda Alibaba Qrupu 24 illik tarixində ən böyük restrukturizasiyaya getdi. Şirkət 220 milyard dollarlıq imperiyasını yeni restrukturizasiya ilə altı əsas hissəyə bölməyi planlaşdırdığını açıqladı. Bölünəcək şirkətlərin hər birinin idarə heyətinin olacaq.