Azərbaycan və Özbəkistan arasında əbədi dostluq haqqında Müqavilə və bir sıra mühüm sənədlər imzalanıb

21:17 - 23.08.2026


23 avqust, Fineko/abc.az. Daşkənddə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan–Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi keçirilib.

Dövlət başçıları "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"ni imzalayıblar.

İmzalanan əsas sənədlər sırasına ikitərəfli ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması üzrə Proqram, investisiya və ticarət layihələri üzrə Yol Xəritəsi, həmçinin pensiya təminatı, gömrük kinologiyası, turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri daxildir.

Bundan əlavə, Xankəndi ilə Ürgənc, Naxçıvan ilə Ürgənc və Laçın ilə Buxara şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulmasına dair protokollar mübadilə olunub.