Azərbaycan ilə Türkmənistan arasında qida təhlükəsizliyi sazişi təsdiqləndi

16:12 - 21.08.2026


21 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış sözügedən Saziş rəsmən təsdiq edilib. Sənəd qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təmin edəcək.

Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə müvafiq bildiriş göndərilməsi tapşırılıb.