15:54 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış sözügedən Protokol rəsmən təsdiq edilib. Sənəd qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi təmin edəcək.
Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların başa çatdırıldığı barədə Türkmənistan Hökumətinə müvafiq bildiriş göndərilməsi tapşırılıb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026