10:40 - 17.07.2023
17 iyul, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında çörəyin qiyməti azaldılıb.
ABC.AZ xəbər verir ki, 17 iyuldan etibarən muxtar respublikanın pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə deyil, 40 qəpiyə satılır.
Çörəyin ucuzlaşması dünya bazarında taxılın ucuzlaşması ilə izah olunur.