15:52 - 24.08.2026
24 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 milyard 178 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, xidmət sektorunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5 % genişlənib.
Ümumi xidmətlərin əsas hissəsi — 75,1 %-i hüquqi şəxslərin payına düşüb. Hesabat dövründə bu subyektlər tərəfindən əhaliyə 6 milyard 891,1 milyon manatlıq xidmət göstərilib.
İlk 7 ayda ölkə üzrə hər bir sakin orta hesabla 894 manatlıq ödənişli xidmətdən istifadə edib ki, bu da illik müqayisədə nominal ifadədə 105 manat çoxdur.