16:54 - 24.08.2026
24 avqust, Fineko/abc.az. ABŞ-ın "ExxonMobil" energetika nəhəngi Qazaxıstanın ən böyük neft yatağı olan Tengizdə hasilatın 2027-ci ildən etibarən pik həddə çatacağını və daha sonra kəskin düşəcəyini bəyan edib.
Şirkətin təqdimatına əsasən, iri investisiyalar qoyulmazsa, 2035-ci ilədək yataqda neft hasilatı maksimum göstəricidən təxminən 40 % azalaraq günə 500 min barelə düşə bilər.
"ExxonMobil" bu azalmanı kompensasiya etmək üçün ölkənin digər nəhəng yatağı olan Kaşaqanın genişləndirilməsinə 80 milyard dollar sərmayə yatırmağı təklif edir. Lakin bu layihənin icrası üçün Qazaxıstan hökuməti ilə qərb neft korporasiyaları arasında mövcud olan 150 milyard dollarlıq mübahisələrin həlli və şirkətə tətbiq edilən 5 milyard dollarlıq ekoloji cərimənin ləğvi şərt qoyulub.